Pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatı aparılacaq

Pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatı aparılacaq Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib.
ASK
29 Mart , 2018 20:49
Pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatı aparılacaq

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun da iştirak etdiyi iclasda pambığın məhsuldarlığının elmi əsaslarla artırılması istiqamətində ciddi dönüş yaradılması, pambıq istehsalı ilə məşğul olan fermerlərin qeydiyyatının aparılması, torpaq sahələrinin koordinatlarının vurulması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsinin təmin edilməsi, regionlarda vaxtaşırı seminar və müşavirələrin keçirilməsi, əkin yerlərinin düzgün seçilməsi kimi məslələr müzakirə edilib. 

Həmçinin pambığın suvarılması üçün suvarma suyundan səmərəli istifadə olunması, aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, aidiyyəti xidmət sahələrinin işlərinin koordinasiya olunmuş şəkildə təşkil olunması, pestisidlərin düzgün seçilməsi və istifadə qaydalarına düzgün əməl olunması, texniki xidmətin təşkilinin daha da artırılması, qısa müddətdə fermerlərin müvafiq texnikalarla təmin olunması və bu sahədə ciddi dönüş yaradılması, bütövlükdə pambıqçılıqla məşğul olan fermer və sahibkarların bütün ehtiyaclarının vaxtında və yerində ödənilməsi məsələləri müzakirə mövzuları olub.

İclasda pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi və tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, həmçinin pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlarından vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə və Nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi