Pakistandan Azərbaycana yeni gətirilmiş çəltik sortları açıq sahələrə köçürülüb

Pakistandan Azərbaycana yeni gətirilmiş çəltik sortları açıq sahələrə köçürülüb Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu Pakistan İslam Respublikasından Azərbaycana gətirilən yeni çəltik sortlarını istixanalardan açıq sahələrə köçürüb.
ASK
24 iyun 2023 14:15
Pakistandan Azərbaycana yeni gətirilmiş çəltik sortları açıq sahələrə köçürülüb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu Pakistandan Azərbaycana gətirilən yeni çəltik sortlarını istixanalardan açıq sahələrə köçürüb.

Bu barədə "Report"a Fonddan bildirilib.

Cənub zonasının fermerləri tərəfindən yeni sortların sınağı uğurla həyata keçirildikdən sonra əkinə yararlı açıq sahələrə köçürülüb.

Bildirilir ki, Dövlət Toxum Fondundan alınan yeni çəltik sortlarından bu il yüksək məhsuldarlıq gözlənilir: "Əkinqabağı sahələrdə hamarlama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür".

Xatırladaq ki, Dövlət Toxum Fondu tərəfindən ölkəmizə idxal olunan yeni “KS-282”, “KSK-133”, “PK-386” və “Chenab Basmati” çəltik sortları tezyetişən, məhsuldar və xəstəliklərə qarşı davamlıdır. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6,7 mm olmaqla məhsuldarlığı 10 t/ha təşkil edir.

Son xəbərlər

Orphus sistemi