Yuxarı

​Ötən il Şərur rayonunda 483 torpaq mülkiyyətçisinə maliyyə yardımı ayrılıb

Ötən il ərzində 620 hektarda təkrar əkinlər keçirən 81 kiçik sahibkar isə 31 min manat yardım alıb.

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanda elan olunan "Kənd təsərrüfatı ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 483 torpaq mülkiyyətçisinə maliyyə yardımı ayrılıb.

"Report"un məlumatına görə, Muxtar Respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən torpaq mülkiyyətçilərinə 435 min 850 manat verilib. Bu vəsait 8 min 737 hektar əkin sahəsinin becərilməsi məqsədilə ayrılıb. 

Ötən il ərzində 620 hektarda təkrar əkinlər keçirən 81 kiçik sahibkar isə 31 min manat yardım alıb.

Qeyd edək ki, 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili” elan olunmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi