Ötən il Azərbaycanın ixrac etdiyi məhsulun 0,2%-i geri qaytarılıb

Ötən il Azərbaycanın ixrac etdiyi məhsulun 0,2%-i geri qaytarılıb Ötən il 580 934 ton meyvə-tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib.
ASK
13 Fevral , 2020 13:06
Ötən il Azərbaycanın ixrac etdiyi məhsulun 0,2%-i geri qaytarılıb

"Ötən il 580 934 ton meyvə-tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin meyvə-tərəvəz məhsullarının ixrac edildiyi ölkələrdən cəmi 8 avtonəqliyyat vasitəsi geri qaytarılıb: "Bu da meyvə-tərəvəz məhsullarının ümumi ixracının 0,2%-ni təşkil edir. Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".

Son xəbərlər

Orphus sistemi