Ötən il ərzində ev təsərrüfatları tərəfindən 418 min ton süd istehsal olunub

Ötən il ərzində ev təsərrüfatları tərəfindən 418 min ton süd istehsal olunub Statistik müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib
ASK
8 Aprel , 2015 21:09
Ötən il ərzində ev təsərrüfatları tərəfindən 418 min ton süd istehsal olunub

Bak. 8 aprel. REPORT.AZ/ 2014-cü ilin oktyabr-noyabr aylarında Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilib.

“Report” Komitənin məlumatına əsasən xəbər verir ki, müayinəyə 9579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58,0%) şəhər, 4020-si (42,0%) kənd yaşayış məntəqələrini əhatə edib.

İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: 418,5 min ton süd, 392,1 min ton təzə çörək, 137,6 min ton ət istehsalı (quş əti daxil olmaqla), 102,5 min ton süd məhsulları, 43,4 min ton meyvə və tərəvəz konservləri, 40,9 min ton kompot, 32,5 min ton mürəbbə və cem, 28,8 min ton tort, pirojnalar və digər şirniyyat məmulatları, 94,1 min dekalitr meyvə və üzümdən alınan spirt, 59,5 min dekalitr, şərab, 1,0 min kv.metr xalça və xalça məmulatları olub. 

Son xəbərlər

Orphus sistemi