Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib

Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib Bakı. 30 yanvar. REPORT.AZ/ Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6 030 vahid kənd təsərrüfatı texnikası gətirilib.
ASK
30 Yanvar , 2019 16:55
Ötən il Azərbaycana dövlət vəsaiti hesabına 6 000-dən çox kənd təsərrüfatı texnikası gətirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6 030 vahid kənd təsərrüfatı texnikası gətirilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, 2018-ci il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına, ümumilikdə, 197,9 mln. manat dəyərində 118 vahid taxılyığan kombayn, kombayna qoşulan 27 vahid biçici aqreqat, 101 vahid pambıqyığan kombayn, 13 vahid çuğundur çıxaran, 1346 vahid müxtəlif növ traktor, 588 vahid traktor yedəkləri (qoşqular), 692 vahid kotan satılıb.

Bundan başqa, ötən il ərzində ölkədə 219 vahid mala, 259 vahid kultivator, 89 vahid ot biçən, 32 vahid ot dırmığı, 60 vahid ot, küləş presləyən, 212 vahid çiləyici və tozlayıcı, 652 vahid səpici aqreqat, 65 vahid gübrəsəpən, 25 vahid bağarası frez, 30 vahid taxıl (toxum) təmizləyən və 634 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.

Son xəbərlər

Orphus sistemi