Bu il yanvar ayında Azərbaycan 394,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 4,8 % artaraq 20,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 373,9 milyon manat təşkil edib.