Ölkənin nə qədər buğda ehtiyatı mövcuddur?

Ölkənin nə qədər buğda ehtiyatı mövcuddur? Hazırda ölkənin əsas un emalı müəssisələrinin anbarlarında bütövlükdə ölkə üzrə üç aylıq buğda ehtiyatı mövcuddur.
ASK
8 Aprel , 2020 18:15
Ölkənin nə qədər buğda ehtiyatı mövcuddur?

"Hazırda ölkənin əsas un emalı müəssisələrinin anbarlarında bütövlükdə ölkə üzrə üç aylıq buğda ehtiyatı mövcuddur".

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, sahələrdən buğda yığımı isə iyunda həyata keçirilir: "Bununla yanaşı, hazırda ölkənin un emalı dəyirmanları əhalinin tələbatına uyğun istehsal gücünə malikdir”.

O deyib ki,  ötən həftə ölkədə istehlakçılar ajiotaj yaradaraq un istehlakını artırdılar: "İnsanlar evlərində un ehtiyatı yaratmaq istəyirdilər. Ölkədə una kəskin təlabat artmışdı. Bir istehsal xətti ilə işləyən dəyirmanlar iki istehsal xətti ilə işləyərək əhalinin təlabatını çatdırmağa çalışırdılar. Un dəyirmanlarının qarşısında növbə var idi. Lakin unun qiymətinin artmasından söhbət gedə bilməzdi. Artıq təchizatçılar adi templə işləməyə davam edir. Hazırda isə un emalı dəyirmanları əlavə sifariş gözləyir”. 

Son xəbərlər

Orphus sistemi