Azərbaycanda əmək qabiliyyətli əhalinin təxminən 40%-i aqrar sahədə çalışır.
"Report" xəbər verir ki, bu barədə
Qeyd edilib ki, Azərbaycan dünyanın ən böyük 5 fındıq istehsalçısı arasındadır.
Layihənin həyata keçirilməsində əsas məqsəd fermerlərin qida təhlükəsizliyi standartlarına cavab verən dayanıqlı fındıqçılıq təcrübələrindən istifadə etməsi ilə Azərbaycanda həyat səviyyəsi və ərzaq təhlükəsizliyinin yüksəldilməsidir. Həmçinin sahələrdən aqrotexniki qaydalara və gübrə normalarına riayyət edilməsi, zərərvericilərlə müasir üsullarla mübarizə layihənin fokuslandığı sahələrdən biridir.
Layihənin icra edilməsində istehsalın gəlirlərin, sosial bərabərliyin və ətraf mühitin mühafizəsinin yaxşılaşdırılmasına töhfə verəcək fındıq becərilməsi sistemlərinin təkmilləşdirilməsi və keyfiyyət və təhlükəsizlik tələbləri baxımından fermerlər və kənd təsərrüfatı məsləhət xidmətləri üzrə mütəxəsislərin bilik və bacarıqlarının gücləndirilməsi kimi nəticələr gözlənilir.
Belə ki, fındıq istehsalı və dəstək xidmətləri qiymətləndirilmiş və dayanıqlı istehsalın intensivləşdirilməsi təşəbbüsləri işlənib hazırlanıb. Fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları qiymətləndirilib. Fındıq becərilməsinin dayanıqlı idarəedilməsi, yığım sonrası emal və təhlükəsizlik üzrə fermerlərin bilik və bacarıqlarının artırılması gözlənilir.
Qeyd edək ki, layihənin büdcəsi 1,3 milyon ABŞ dolları təşkil edir.