Bu il sahibkarlara 80 milyon manat güzəştli kredit verilib

Bu il sahibkarlara 80 milyon manat güzəştli kredit verilib Oğuzda sahibaklara güzəştli kreditlər verilib
ASK
21 May , 2015 18:44
Bu il sahibkarlara 80 milyon manat güzəştli kredit verilib

Bakı. 21 may. REPORT.AZ/ Oğuz və ətraf rayonlardan olan 55 sahibkara 672 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Bildirək ki, bu kreditlərin verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunun Yaqublu kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində gerçəkləşib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Oğuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə taxılçılıq, üzümçülük və tərəvəzçilik təsərrüfatlarının və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2200-ə yaxın sahibkara 80 milyon manat güzəştli kredit verilib.

"Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir".

O qeyd edib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1767 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. 

Son xəbərlər

Orphus sistemi