​Noyabrda Ceyhan limanından dünya bazarına 1,8 mln. ton Azərbaycan nefti çıxarılıb

​Noyabrda Ceyhan limanından dünya bazarına 1,8 mln. ton Azərbaycan nefti çıxarılıb BTC kəməri istismara veriləndən sonra Ceyhan limanından 259,6 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb
ASK
5 Dekabr , 2014 16:51
​Noyabrda Ceyhan limanından dünya bazarına 1,8 mln. ton Azərbaycan nefti çıxarılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına 1 847 434 ton Azərbaycan nefti çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,9% azdır. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu həcmin 1 012 476 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. Bu isə ötən ilin noyabrına nisbətən 44,7% azdır.

Cari ilin yanvar-noyabr aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi ötən ilin müvafiq dövründən 2,3% az (26 442 278 ton) olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2014-cü il dekabrın 1-nə qədər Ceyhan limanından 259 586 192 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi