Yuxarı

Normandiya Dördlüyü-nün XİN nümayəndələrinin Berlin görüşü yekunlaşıb

Ukrayna, Rusiya, Almaniya və Fransanın daxil olduğu dördlük fevralın 11-də Minskdə sammit keçirəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Berlində Ukrayna münaqişəsinin müzakirəsi məqsədi ilə toplaşan "Normandiya Dördlüyü"nün (Ukrayna, Rusiya, Almaniya və Fransa) XİN başçılarının müavinləri 7 saat boyunca müzakirələr aparıblar.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, görüşün nəticələri barədə ətraflı məlumat verilməsə də, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib ki, müzakirələr "bəzi nəzərə çarpacaq nəticələrlə" yadda qalıb.

Ukrayna, Rusiya, Almaniya və Fransanın daxil olduğu dördlüyün fevralın 11-də Minsk şəhərində liderlər səviyyəsində sammit keçirəcəyinə və orada Ukraynanın şərqindəki münaqişənin həlli üçün razılaşmalar əldə edəcəyinə ümidlər var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi