Azərbaycana nodulyar dermatit virusu xəstəliyinin qarşısının alınması üçün vaksin gətirilib

Azərbaycana nodulyar dermatit virusu xəstəliyinin qarşısının alınması üçün vaksin gətirilib Xəstəliyə yoluxan 6 040 baş iribuynuzlu heyvandan 5781 başı sağaldılıb
ASK
13 Fevral , 2015 20:00
Azərbaycana nodulyar dermatit virusu xəstəliyinin qarşısının alınması üçün vaksin gətirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün İmişli rayonundakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) "2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair" ümumrespublika müşavirəsi keçirilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, rayon, şəhər baytarlıq idarələrinin, zona baytarlıq laboratoriyalarının və baytarlıq diaqnostik kabinetlərinin 2014-cü ildəki iş fəaliyyətlərinin hesabatları və 2015-ci ildə baytarlıq xidməti orqanları qarşısında duran vəzifələr müzakirə olunub.

Müşavirədə xidmətin rəisi Sialə Rüstəmova çıxış edərək, 2014-cü ildə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb və bildirib ki, 2,8 mln. baş iribuynuzlu, 7,5 mln. baş xırdabuynuzlu, 100,6 min baş təkdırnaqlı heyvanlarda, eləcə də 7850 baş donuzda qarayara, 2,8 mln. baş iribuynuzlu, 3,3 mln. baş xırdabuynuzlu heyvanlarda dabaq, 249,8 min baş itdə quduzluq, 19,6 mln. baş quşda H vaksini, 18,6 mln. baş quşda La-Sota vaksini ilə quşlarda nyukasl, 535 min baş iribuynuzlu və 274,3 min baş xırdabuynuzlu heyvanlarda leptespiroz, 6,1 mln. baş qoyunlarda çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə aparılan profilaktik peyvəndləmə tədbirləri görülüb.

2014-cü ildə brusellyoz xəstəliyinin ləğvi istiqamətində göz-damla üsulunun davam etdirilməsinin məqsədəuyğun olaraq 1,3 mln. baş xırdabuynuzlu heyvanda peyvəndləmə aparılmasından, 1,1 mln. baş iribuynuzlu heyvandan, 148,3 min baş qoçdan qan alınaraq laboratoriya və diaqnostik kabinetlərdə müayinə edilməsindən, müayinə zamanı xəstə çıxmış 1289 baş iribuynuzlu heyvanın və 347 baş qoçun təlimata uyğun zərərsızləşdirilərək təsərrüfatlardan çıxdaş edilməsindən və əhalinin sağlam qida məhsulu ilə təmin etməsindən bəhs olunub.

Müşavirədə həmçinin bildirilib ki, 2014-cü ildə quş qripinə görə 5 dəfə aparılan seromonitorinq zamanı çöl və ev quşlarından götürülən 7278 qan nümunəsi və patoloji material Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub və nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi aşkar edilməməyib, amma bu xəstəliyin cari ildə də diqqət mərkəzində saxlanılacaq.

Ötən il daha bir xəstəliyə nodulyar dermatit virus xəstəliyinə qarşı mübarizə aparılıb, ölkədə ilk dəfə qeydə alınsa da, xəstəliyə yoluxan 6 040 baş iribuynuzlu heyvandan 5781 başı sağaldılıb. Xəstəlik ölkənin 35 rayonunda qeydə alınıb, 259 baş heyvan tələf olub. Heyvanlarda baş verən ölüm halları, yanaşı gedən, xüsusilə qan-parazitar xəstəliklərin təsirindən baş verməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, artıq bu xəstəliyin qarşısını almaq məqsədi ilə iribuynuzlu heyvanlar üçün 2 mln. doza miqdarında vaksin ölkəyə gətirilib və bu günlərdə heyvanların peyvəndlənməsinə start veriləcək.

Dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədi ilə ötən il ərzində Respublika Baytarlıq Laboratoriyasında bakterioloji və biokimyəvi müayinələr nəticəsində Bakı şəhərində 3330 kq sümüklü və sümüksüz mal ətinin, 670 kq toyuq ətinin, Bərdə rayonunda 25 tona yaxın mal və qoyun cəmdəklərinin, Siyəzən rayonunda 208 kq sümüklü və sümüksüz mal ətinin, həmçinin ölkənin ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 142 kq mal ətinin, 65 kq qoyun ətinin, 115 kq donuz ətinin, 124 kq quş ətinin, 7384 kq daxili orqanların, 82 kq balığın, 2370 kq süd və süd məhsullarının və 2510 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə əsasən zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi