Yuxarı

Neft yenidən ucuzlaşıb

Brent markalı neftin qiyməti 47,8 dollar/barelə enib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2 dollar, yaxud 4,26% ucuzlaşaraq 44,9 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 1,33 dollar, yaxud 2,71% ucuzlaşaraq 47,75 dollar/barelə enib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi