​Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşacağı tarix açıqlanıb

​Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşacağı tarix açıqlanıb Hazırda sözügedən məhəllə üçün 17 investisiya layihəsi təqdim olunub
ASK
18 Dekabr , 2015 16:08
​Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşacağı tarix açıqlanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Neftçalada salınan sənaye məhəlləsində işlərin yekunlaşması 2016-cı ilin əvvəlinə planlaşdırılır. 

“Report” bildirir ki, bunu Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən məhəllə üçün 17 investisiya layihəsi (layihələrdən biri balıq yeminin hazırlanması, ikincisi, müxtəlif nasos, inqubator və qoşquların quraşdırılması ilə məşğul olacaq) təqdim olunub: “Layihə təqdim edən iki sahibkarlıq müəssisəsinə artıq rezident statusu verilib”.

Qeyd edək ki, gələcəkdə ölkənin bütün regionlarında bu cür sənaye məhəllələrinin hazırlanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi