Zərdabda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Zərdabda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır Bakı. 1 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Zərdab rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
ASK
5048
1 Fevral , 2019 14:17
Zərdabda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Bakı. 1 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Zərdab rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Məlumata görə, tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən Qoşaoba kəndində yerləşən Rzayev Şəhriyar Bayram oğluna məxsus şəxsi təsərrüfatda 42 baş iribuynuzlu və 6 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Ümumiyyətlə, yanvar ayı ərzində rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 41170 baş iribuynuzlu, 698 baş təkdırnaqlı heyvanda qarayara, 1 806 baş qapı itlində quduzluq xəstəliyinə qarşı peyvəndləmə və 2630 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

Zərdab rayonunda mövcud olan 54 724 baş iribuynuzlu, 113 707 baş xırdabuynuzlu heyvan və 190 130 baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo və rinopnevmoniya xəstəliklərinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Zərdab Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 13 008 baş iribuynuzlu və 2 501 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 5 239 baş iribuynuzlu heyvanda vərəmə (allergik), 2 494 baş qoçda infeksion epidedimitə (seroloji) və 455 baş atda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

Həmçinin başa vurduğumuz 2018-ci ildə rayonda 53 582 baş iribuynuzlu, 119 199 baş xırdabuynuzlu, 2 045 baş cavan iribuynuzlu, 787 baş təkdırnaqlı heyvanda qarayara, 69 150 baş iribuynuzlu, 29 800 baş xırdabuynuzlu heyvanda dabaq, 57 785 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 2 590 baş iribuynuzlu, 1 396 baş xırdabuynuzlu heyvanda leptospiroz, 81 839 baş xırdabuynuzlu heyvanda çiçək, 60 min baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) və 8 433 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 3 500 baş itdə quduzluq, 198 986 baş cücədə (“La-sota” vaksini ilə) və 200 282 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb, 26 170 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri görülüb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi