Nazirlik rəsmisi: "Yararsız bal yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq"

Nazirlik rəsmisi: "Yararsız bal yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq" Bakıda keçirilən arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkasına yalnız keyfiyyətli bal çıxarılıb.
ASK
20 Oktyabr , 2021 15:08
Nazirlik rəsmisi: Yararsız bal yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq
Vüqar Hüseynov

"Bakıda keçirilən arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkasına yalnız keyfiyyətli bal çıxarılıb. Fermerlərin gətirdikləri məhsulların hamısını Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayıb. Çox az həcmdə standartlara cavab verməyən, yararsız bal olub, onlar da anbarda saxlanılır, yarmarka bitdikdən sonra arıçılara qaytarılacaq".

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

"Yararsız məhsulların yarmarka davam edən dövrdə arıçılara verilməsi nəzərdə tutulmur. Çünki, vaxtilə xoşagəlməz hallar yaşanıb. Arıçıların bəziləri keyfiyyətsiz bal gətirərək alıcılara təqdim ediblər. Laboratoriya analizləri zamanı həmin məhsulların bal olmadığı müəyyənləşib. Bəzən həmin məhsulları arıçılara geri qaytaranda yarmarkaya yaxın ərazilərdə kiloqramını 5-7 manatdan bal adı ilə satıblar. Bu isə yarmarkada satılan arıçılıq məhsullarına etimadı azaldıb. Arıçılıq özəl sahədir, hər bir arıçının özünün müştərisi var”, - deyə o əlavə edib.

Xatırladaq ki, yarmarka bu gündən başlayıb və noyabrın 7-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi