Nazirlik rəsmisi: “Taxıla olan tələbatın ödənilmə səviyyəsini 60%-ə çatdırmaq istəyirik”

Nazirlik rəsmisi: “Taxıla olan tələbatın ödənilmə səviyyəsini 60%-ə çatdırmaq istəyirik” Bakı. 19 noyabr. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məqsədi ölkənin ərzaq məhsullarına olan tələbatının ödənilmə səviyyəsini 100%-ə çatdırmaqdır”.
ASK
19 Noyabr , 2018 11:38
Nazirlik rəsmisi: “Taxıla olan tələbatın ödənilmə səviyyəsini 60%-ə çatdırmaq istəyirik”
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məqsədi ölkənin ərzaq məhsullarına olan tələbatının ödənilmə səviyyəsini 100%-ə çatdırmaqdır”.

“Report” xəbər verir ki, bunu qurumun direktoru Pərviz Hacıyev deyib.

Onun sözlərinə görə, daxili təlabat tam ödənildikdən sonra ixrac barədə düşünmək olar.

“Bəzi məhsullara, o cümlədən taxıla olan tələbatın ödənilmə səviyyəsini hələlik 60%-ə, ətə olan tələbatın ödənilmə səviyyəsini isə 90%-ə çatdırmaq istəyirik. Daha sonra ixracla bağlı işlər görmək istəyirik”, - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi