Nazirlik rəsmisi: "Subsidiyalarla bağlı problemlərin müzakirəsinə hazırıq"

Nazirlik rəsmisi: "Subsidiyalarla bağlı problemlərin müzakirəsinə hazırıq" Kənd Təsərrüfatı Nazirliyi subsidiyalarla bağlı problemlərin müzakirəsinə hazırdır.
ASK
26 Yanvar , 2023 12:47
Nazirlik rəsmisi: Subsidiyalarla bağlı problemlərin müzakirəsinə hazırıq

Kənd Təsərrüfatı Nazirliyi subsidiyalarla bağlı problemlərin müzakirəsinə hazırdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev deputatların subsidiya ödənişi ilə bağlı iradlarına münasibət bildirərkən deyib.

"Subsidiyaların verilməsi ilə bağlı prosedur var. Nazirlik bu prosedurdan kənara çıxa, səlahiyyətinə aid olmayan məsələlərə müdaxilə edə bilməz", - deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda vahid əkin qaydaları tətbiq edilir: "Hər bir rayonda vahid əkin sahəsi elan olunur, torpağın suvarılması mərhələli şəkildə, eyni qaydada həyata keçirilir. Digər tərəfdən, torpaqları yenə də yerli icra hakimiyyəti orqanları icarəyə verir, sadəcə, bu, elektron qaydada həyata keçirilir və bu halda nazirlik də rəy verir".

Son xəbərlər

Orphus sistemi