Yuxarı
    Bağlamaq

    Nazirlik: Qurbanlıq heyvanlar nisbətən ucuz qiymətə satışa çıxarılacaq

    Hazırda satışa çıxarılacaq heyvanların qiymətinin maksimum dəyəri müəyyənləşdirilir

    Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda Qurban bayramı ilə əlaqədar təşkil ediləcək satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

    Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

    "Bayram ərəfəsində Bakıya 3 500-ə yaxın xırdabuynuzlu erkək heyvan gətiriləcək. Bu heyvanlar ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsindən satışa çıxarılacaq", - deyə o qeyd edib.

    M.Hacıyev əlavə edib ki, heyvanlar baytarlıq xidməti tərəfindən müayinə olunub. Hazırda satışa çıxarılacaq heyvanların qiymətinin maksimum dəyəri müəyyənləşdirilir.

    Xatırladaq ki, Bakıda qurbanlıq heyvanların satışı Nərimanov (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai ("Nargilə" kafesinin yanı), Səbail (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8) və Yasamal (Şərifzadə küçəsi, 196; "İdeal" şadlıq sarayının həyəti) rayonlarında təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi