AKİA-nın bu il verdiyi kreditlərin məbləği 30 milyon manata yaxınlaşıb

AKİA-nın bu il verdiyi kreditlərin məbləği 30 milyon manata yaxınlaşıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bu ilin əvvəlindən 29,2 milyon manat kredit verib
ASK
206
7 İyul , 2020 12:46
AKİA-nın bu il verdiyi kreditlərin məbləği 30 milyon manata yaxınlaşıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bu ilin əvvəlindən 29,2 milyon manat kredit verib. 

"Report" bu barədə quruma istinədən xəbər verir. 

Mılumata görə, bu kreditləri 1 743 fermer alıb. 

Kreditlərin təxminən 52%-i və yaxud 15,2 milyon manatlıq hissəsi kənd təsərrüfatı texnikasının alınması üçün 567 fermerə verilib. 

Bundan başqa, 933 fermer illik 12%-lə 9,1 milyon manat mikrokredit, 226 fermer isə illik 7%-lə 4,8 milyon manat nağd pul krediti alıb. Damazlıq heyvanların alınması üçün isə cəmi 17 fermerə 136 min manat ayrılıb.