Nazirlik: Hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir

Nazirlik: Hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir Süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək"
ASK
7 Mart , 2015 16:33
Nazirlik: Hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir

Bakı. 7 mart. REPOERT.AZ / İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə fevralın 21-dən etibarən qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin gündəlik keçirdiyi monitorinqlər zamanı topdansatış müəssisələri tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi ərzaq məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Aparılmış yoxlamalar zamanı bir sıra ticarət obyektlərində malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadılması halları da aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülüb.

Bununla yanaşı, Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətləri də operativ olaraq araşdırılır. Aparılmış araşdırmalar zamanı bəzi təsərrüfat subyektləri tərəfindən məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir.

Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi