Nazirlik: Bu günə qədər 494 min hektara yaxın ərazidə taxıl biçini aparılıb

Nazirlik: Bu günə qədər 494 min hektara yaxın ərazidə taxıl biçini aparılıb Bu günə qədər Azərbaycanda 493 783 hektar ərazidə taxıl biçini aparılıb.
ASK
21 İyun , 2019 14:08
Nazirlik: Bu günə qədər 494 min hektara yaxın ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycanda 493 783 hektar ərazidə taxıl biçini aparılıb.

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bunun 284 672 hektarı arpa, 209 161 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu günə qədər 1 545 016 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.

Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Ucar, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6 322 hektar sahənin 6 317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3 815 hektar sahənin 3 797 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Şəki 21 626 19 230 34,3
Sabirabad 9 600 9 600 37,5
Zərdab 5 730 5 730 30,6
Yevlax 5 083 5 083 29,0
Cəlilabad 4 509 4 460 35,2
Beyləqan 1 765 1 760 29,2
Ağsu 16 036 15 100 31,0
Goranboy 12 648 11 041 29,0
Qax 2 881 2 863 26,1
Masallı 2 786 2 738 21,0
Füzuli 8 505 8 487 29,1
Ağdam 2 215 2 155 35,5
Tərtər 3 815 3 797 33,7
İmişli 6 322 6 317 34,2
Salyan 9 917 9 398 36,2
Ağdaş 11 630 9 804 23,5
Saatlı 5 822 5 822 36,2
Siyəzən 2 516 2 322 28,5
Balakən 458 458 28,6
Cəbrayıl 550 548 30,5
Lənkəran 68 68 12,1
Ucar 7 716 7 716 26,7
Neftçala 31 404 31 404 27,5
Biləsuvar 14 900 14 885 31,0
Hacıqabul 11 008 9 967 27,0

Son xəbərlər

Orphus sistemi