Bu günə qədər Azərbaycan ərazisində 427 833 hektar ərazidə taxıl biçini aparılıb.
"Report" bu barədə
Məlumata görə, bunun 271 634 hektarı arpa, 156 198 hektarı isə arpa sahəsidir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 009 140 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 793 hektarı buğda, 331 347 hektarı arpa sahəsidir.
Bu günə qədər ölkə üzrə 1 329 476 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31 sentner təşkil edir.
Bərdə, Zərdab, Yevlax və Sabirabad rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 670 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Şəki | 21 626 | 18 080 | 34,0 |
Sabirabad | 9 600 | 9 600 | 37,4 |
Zərdab | 5 730 | 5 730 | 30,6 |
Yevlax | 5 083 | 5 083 | 29,0 |
Cəlilabad | 4 509 | 4 460 | 35,2 |
Bərdə | 2 568 | 2 568 | 38,2 |
Beyləqan | 1 765 | 1 756 | 29,2 |
Ağsu | 16 036 | 14 090 | 30,9 |
Goranboy | 11 500 | 10 345 | 24,0 |
Qax | 2 881 | 2 811 | 25,9 |
Masallı | 2 786 | 2 738 | 21,0 |
Ağcabədi | 5 637 | 5 589 | 33,3 |
Füzuli | 8 505 | 8 463 | 29,1 |
Ağdam | 2 215 | 2 122 | 35,8 |
Tərtər | 3 815 | 3 608 | 33,7 |
İmişli | 6 322 | 6 312 | 34,2 |
Göyçay | 6 851 | 6 429 | 31,5 |
Salyan | 9 917 | 9 358 | 36,2 |
Ağdaş | 11 473 | 9 372 | 23,5 |
Saatlı | 5 822 | 5 821 | 36,2 |
Siyəzən | 2 516 | 2 236 | 29,1 |
Balakən | 458 | 452 | 28,8 |
Cəbrayıl | 550 | 548 | 30,5 |
Lənkəran | 68 | 63 | 12,1 |
Ucar | 7 716 | 7 460 | 26,7 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.