Nazirlik: Bu günə qədər 392 451 hektar ərazidə taxıl biçini aparılıb

Nazirlik: Bu günə qədər 392 451 hektar ərazidə taxıl biçini aparılıb Bu günə qədər Azərbaycanda 392 951 hektar ərazidə taxıl biçini aparılıb.
ASK
18 İyun , 2019 16:43
Nazirlik: Bu günə qədər 392 451 hektar ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycanda 392 951 hektar ərazidə taxıl biçini aparılıb. 

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bunun 262 477 hektarı arpa, 129 974 hektarı isə buğda sahəsidir. 

Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu günə qədər 1 210 443 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir.

Bərdə, Zərdab və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 590 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9 600 hektar sahənin 9 565 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Şəki 21 626 17 130 34,0
Biləsuvar 14 900 14 870 31,6
Sabirabad 9 600 9 565 37,5
Zərdab 5 730 5 730 30,6
Yevlax 5 083 5 083 29,0
Cəlilabad 4 509 4 460 35,2
Bərdə 2 568 2 568 31,0
Beyləqan 1 765 1 751 28,1
Ağsu 16 036 13 310 30,8
Goranboy 11 500 10 158 24,0
Qax 2 881 2 776 25,9
Masallı 2 786 2 738 21,0
Ağcabədi 5 637 5 450 32,8
Füzuli 8 505 8 380 29,2
Ağdam 2 215 2 122 35,8
Tərtər 3 815 3 551 34,3
İmişli 6 322 6 300 34,2
Xızı 1 925 1 760 17,0
Göyçay 6 851 6 270 31,5
Salyan 9 917 9 315 36,2
Ağdaş 11 473 8 998 23,5
Saatlı 5 822 5 820 36,2
Hacıqabul 11 008 10 588 27,9
Siyəzən 2 516 2 207 29,1
Balakən 458 452 28,8
Cəbrayıl 550 548 30,5
Lənkəran 68 58 11,9
Ucar 7 716 7 277 26,7

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Son xəbərlər

Orphus sistemi