Nazirlik: Bu ayın sonuna kimi meyvə-tərəvəz ucuzlaşacaq

Nazirlik: Bu ayın sonuna kimi meyvə-tərəvəz ucuzlaşacaq Əhali satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olmasından şikayətlənir
ASK
9 İyul , 2015 11:37
Nazirlik: Bu ayın sonuna kimi meyvə-tərəvəz ucuzlaşacaq

Bakı. 9 iyul. REPORT.AZ/ "Azərbaycandakı bazarlarda qiymətlər sərbəst, liberal xarakter daşıyır və qiymətləri bazar tənzimləyir. Yaxın 10-15 günə meyvə -tərəvəz bazara kütləvi şəkildə çıxarılacaq və qiymətlər daha da ucuzlaşacaq". Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev sakinlərin satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olması ilə bağlı şikayətlərinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, son illərin təcrübəsi, habelə aparılan monitorinqlər göstərir ki, meyvə-tərəvəz məhsulları mövsümündə yetişən zaman bazara kütləvi şəkildə çıxarılanda ucuzlaşma baş verir.

"Məsələn, keçən həftə kartof, soğan, pomidor, xiyarın qiyməti 50-60% ucuzlaşıb. İndi bazarlarda kartof 30-40 qəpik, pomidor 40 qəpiyə satılır. Ümumiyyətlə, yetişmə fazasından sonra kənd təsərürfatı məshulları bazara çıxarılanda xeyıi ucuz olur", - deyə M.Hacıyev əlavə edib.

Qeyd edək ki, kənd təsərrüfatı mütəxəssisləri qeyd edirlər ki, Azərbaycanda bu il iqlim şərati kənd təsərrüfatı məhsulları üçün əlverişli keçib. Mütəxəssislər bu şəratin meyvə və tərəvəzin məhsuldarlığına da yaxşı təsir göstərdiyini bildirirlər. Lakin Bakı sakinləri satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olmasından, satıcılar isə həm məhsulun kəndlidən baha almaqdan, həm də məhsulun azlığından gileylənirlər.

Son xəbərlər

Orphus sistemi