Yuxarı

​Nazir müavini: "Bu il Azərbaycanda biçin 20-30% artacaq"

Bu, ölkədə müşahidə edilən əlverişli hava şəraiti ilə bağlıdır

Bakı. 20 may. REPORT.AZ/ Bu il Azərbaycanda kənd təəsərrüfatı məhsullarının biçinində 20-30% artım olacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib: "Buna ölkədə müşahidə edilən hava şəraiti imkan verib".


Onun sözlərinə görə, ötən il ölkədə quraqlıq olduğu üçün fermerlərə xeyli ziyan dəyib: "Ötən il bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və müvafiq icra orqanları quraqlıqdan ziyan çəkən fermerlərə təzminat olaraq toxumları pulsuz təqdim edib".

İ.Quliyev əlavə edib ki, bu il hava şəraiti yaxşı keçib və biçinin vaxtında həyata keçirilməsi üçün tədbirlər planı hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi