Nazir müavini: “AMAL Azərbaycanda fermerlərin yeni nəslinin formalaşdırılması üçün vacibdir”

Nazir müavini: “AMAL Azərbaycanda fermerlərin yeni nəslinin formalaşdırılması üçün vacibdir” Bakı. 30 oktyabr. REPORT.AZ/ “Azərbaycanda iqtisadi baxımdan fəal əhalinin 36%-i aqrar sektorda fəaliyyət göstərir. Bu sahədə rəqabət mühitinin və regionlarda yeni iş yerlərinin yaradılması kənd təsərrüfatının əsas prioritet sahələrindəndir”.
ASK
30 Oktyabr , 2018 11:56
Nazir müavini: “AMAL Azərbaycanda fermerlərin yeni nəslinin formalaşdırılması üçün vacibdir”
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Azərbaycanda iqtisadi baxımdan fəal əhalinin 36%-i aqrar sektorda fəaliyyət göstərir. Bu sahədə rəqabət mühitinin və regionlarda yeni iş yerlərinin yaradılması kənd təsərrüfatının əsas prioritet sahələrindəndir”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Aqrar Sektorda Məşğulluq Layihəsi”nin (AMAL) təqdimatı zamanı deyib.

O həmçinin bildirib ki, kənd təsərrüfatı sahəsində perspektiv imkanlar müəyyənləşdirilib.

“Azərbaycanda aqrar sektora yüksək ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi və məhsuldarlığın artırılması nəzərdə tutulub. Hazırda ölkə əhalisinin 2,7 mln.-u və yaxud əhalinin 29,9%-i gənclərdir. Onların isə 48%-i kənd yerlərində yaşayır. AMAL Azərbaycanda fermerlərin yeni nəslinin formalaşdırılması üçün vacibdir”, - nazir müavini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi