Nazir: "Fermerlər subsidiyaları tam alacaqlar"

Nazir: "Fermerlər subsidiyaları tam alacaqlar" Heydər Əsədov: "Prosesin ləngiməsinin obyektiv və subyektiv səbəbləri var"
ASK
18 Sentyabr , 2015 14:39
Nazir: Fermerlər subsidiyaları tam alacaqlar

Bakı. 18 sentyabr. REPORT.AZ/ Fermerlərin motor və sürtkü yağlarına görə ala bilmədikləri subsidiyalar mütləq ödəniləcək. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. 

Nazir bildirib ki, fermerlərin subsidiyaları ala bilməmələrinin obyektiv və subyektiv səbəbləri var: "Subsidiyaların verilməsi mexanizmini təkmilləşdirmək təklifilə hökumət qarşısında çıxış etmişik və bu təkliflər qəbul olunub. Subsidiyaların verilməsi və fermerlərə çatdırılması mexanizmini təkmilləşdirmək və bu sahədə bürokratiyanı aradan qaldırmaq üçün sərəncam imzalanıb. Bu sərəncamın müddəalarına uyğun olaraq hesablanmış subsidiylar aidiyyəti sənədlərlə birlikdə maliyyə nazirinə təqdim olunub. Artıq ötən gün 60 mln. manatdan artıq subsidiyanın 30 mln.-u rayon xəzinədarlıq idarələrinə köçürülməsi təmin olunub". 

H.Əsədov qeyd edib ki, yaxın bir həftə ərzində büdcə daxilolmalarının səviyyəsindən asılı olaraq subsidiyalar üçün nəzərdə tutulan vəsaitin tam həcmdə ödənilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi