Yuxarı
    Bağlamaq

    Nazir: "Devalvasiyanın yerli istehsala təsirini minimuma endirməyə çalışırıq"

    Bu ildən yarmarkalar həm də regionlarda təşkil ediləcək

    Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasının yerli istehsala təsir etməyəcəyi doğru deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib: "Amma çalışmaq lazımdır ki, bu təsiri minimuma endirək".

    Nazirin sözlərinə görə, süni qiymət artımına qarşı mübarizə aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi birgə iş aparır: "Yerli məhsul istesalçılarının maraqları naminə müəyyən qədər də olsa bu, yerli istehsala təsir edəcək. Prezidentin dediyi kimi, süni qiymət artımına qarşı mübarizə aparılacaq. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə müəyyən işlər görürük. Bunun üçün də yarmarkaların sayını artırmışıq. Həm də biz çalışırıq ki, orta həlqəni aradan qaldıraq və kənd təsərrüfatı ilə məşğul olanlar məhsullarını bazara birbaşa çıxarsın".

    Nazir qeyd edib ki, bu ildən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları həm də regionlarda təşkil ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi