Nazir: "Bu il ötən illə müqayisədə 25% çox barama tədarük edilib"

Nazir: "Bu il ötən illə müqayisədə 25% çox barama tədarük edilib" “Bu il ölkədə 641 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.
ASK
13 Sentyabr , 2019 15:10
Nazir: Bu il ötən illə müqayisədə 25% çox barama tədarük edilib

“Bu il ölkədə 641 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Zərdab rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində bildirib.

Nazir 2019-cu ilin barama mövsümünün müsbət göstəricilərlə yadda qaldığını deyib: “Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, baramaçılıqda da inkişaf müşahidə edilir”.

Onun sözlərinə görə, dövlət tərəfindən göstərilən dəstək nəticəsində aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib: “İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb”.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə tədbirdə bildirib ki, 2019-cu il ərzində rayon üzrə yay baraması ilə birlikdə barama tədarükü 2016-cı ilə nisbətən 12,5 dəfə artaraq 71 539 kiloqram təşkil edib ki, bu da respublika göstəricisinin 11,2%-ini təşkil edir. Zərdab rayonu barama tədarükü sahəsində son 4 ildə yüksək nəticələrə nail olmaqla respublikada liderliyini qoruyub saxlayıb”.

Son xəbərlər

Orphus sistemi