Nazir: "Aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik"

Nazir: "Aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik" Bakı. 17 dekabr. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması ölkə Prezidentinin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”.
ASK
17 Dekabr , 2018 15:14
Nazir: Aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması ölkə Prezidentinin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı nazir İnam Kərimov bildirib.

"Fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək. Dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq: aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək; keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat; ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək; çevik və şəffaf idarəetmənin təşkili. Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik. Eyni zamanda yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq”, - İ.Kərimov qeyd edib.

Son xəbərlər

Orphus sistemi