Nazir: “Aqrar emal sənayesinin inkişafı ilə bağlı iş aparılır”

Nazir: “Aqrar emal sənayesinin inkişafı ilə bağlı iş aparılır” “2020-ci ildə qarşımızda duran əsas vəzifələr fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır”.
ASK
14 Yanvar , 2020 11:24
Nazir: “Aqrar emal sənayesinin inkişafı ilə bağlı iş aparılır”

“2020-ci ildə qarşımızda duran əsas vəzifələr fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“Həmçinin fermerlərimizin bu gün ən çox üzləşdikləri məsələlərdən biri də onların kiçikhəcmli kreditlərə çıxışını daha da asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin digər qurumlarla birgə çalışacağı əsas sahələr intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığının daha da artırılması və bizim əsas ixrac məhsullarımızı təşkil edən və gələcəkdə emal sənayesi ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafıdır. Burada intensiv meyvə bağlarının geniş yayılması əsas prioritet istiqamətlərimizdən biri olacaq. Qeyd etmək istəyirəm ki, subsidiya sahəsində həyata keçirilmiş tədbirlər gübrə bazarında da liberallaşma ilə nəticələnəcək və fermerlərimizin gübrəyə çıxışı daha da asanlaşacaq”, - deyə o, qeyd edib.

“Aqrar sahədə fermerlərimizin maarifləndirilməsi, xüsusilə də mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində maarifləndirilməsi vacib istiqamətlərdən biridir. Ona görə də bu sahə fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcək. Sizin vurğuladığınız elektron kənd təsərrüfatının tətbiqi 2020-ci ilin sonuna qədər tam formalaşacaq. Bütün sahələrin elektron kənd təsərrüfatı vasitəsilə tənzimlənməsi nəzərdə tutulub. Aqrar emal sənayesinin inkişafı ilə bağlı Sizin tapşırığınıza əsasən hazırda İqtisadiyyat Nazirliyi ilə birgə iş aparılır və tezliklə təkliflər paketi Sizin diqqətinizə təqdim olunacaq”, - deyə İ.Kərimov əlavə edib. 

Son xəbərlər

Orphus sistemi