Naxçıvanda son 4 ildə qaramalın sayı 6,6 faiz artıb

Naxçıvanda son 4 ildə qaramalın sayı 6,6 faiz artıb Heyvandarlığın inkişafı üzrə həyata keçirilən tədbirlər muxtar respublikada iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin edib, 1 aprel 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı
ASK
19 May , 2022 06:24
Naxçıvanda son 4 ildə qaramalın sayı 6,6 faiz artıb

Heyvandarlığın inkişafı üzrə həyata keçirilən tədbirlər muxtar respublikada iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin edib, 1 aprel 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 269 baş, qoyun və keçilərin sayı 801 min 228 baş olub ki, bu da 1 aprel 2018-ci il tarixə olan göstəriciləri 6,6 və 8 faiz üstələyib.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə cari ilin yanvar-aprel aylarında 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılıb, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilib. Bundan əlavə, arıçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülüb, 2 arıçılıq təsərrüfatının, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi