Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə 9,7 milyon manat kredit verilib.
“Report” yerli Dövlət Statistika Komitəsində istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,8% çoxdur.
Qeyd edək ki, 9 ay ərzində muxtar respublikada illik müqayisədə 3,7% çox - 391,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Hesabat dövründə bölgədən ixrac olunmuş aqrar məhsulların dəyəri isə 87 milyon ABŞ dolları təşkil edib.