Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,5 dəfə artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,5 dəfə artıb Bu il Muxtar Respublika ərazisində 36 min 237 hektar sahədə taxıl əkilib və 106 min 282 ton məhsul toplanıb
ASK
31 Oktyabr , 2015 17:46
Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,5 dəfə artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə 2015-ci ildə taxıl əkini sahəsi 1,8 dəfə, məhsul istehsalı isə 4,5 dəfə artıb.

"Report"un məlumatına görə, bu il Muxtar Respublika ərazisində 36 min 237 hektar sahədə taxıl əkilib və 106 min 282 ton məhsul toplanıb.

Hazırda Naxçıvanda kənd təsərrüfatında özəl bölmənin payı 98,4 faizə çatıb. Son illər Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının emalı müəssisələri fəaliyyətə başlayıb, kəndlərdə kiçik fermer təsərrüfatları yaradılıb.

Məlumata görə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 168 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası güzəştli şərtlərlə sahibkarlara satılıb: "Naxçıvanda kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaradılıb"

“Kənd təsərrüfatı ili” olan 2015-ci ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada 297 milyon 854 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çoxdur. Bol məhsul istehsalı daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradıb. 

Bu ilin ötən dövrü ərzində Muxtar Respublikadan ümumi dəyəri 82 milyon ABŞ dollarından artıq olan kənd təsərrüfatı məhsulu ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi