Naxçıvanda gübrə istehsal ediləcək

Naxçıvanda gübrə istehsal ediləcək Naxçıvanda 2021-2025-ci illər ərzində kompost gübrəsi istehsalı yaradılacaq
ASK
29 Mart , 2021 13:13
 Naxçıvanda gübrə istehsal ediləcək

Naxçıvanda kompost (müxtəlif növ üzvi tullantılardan alınan gübrə) gübrəsi istehsalı yaradılacaq.

“Report” xəbər verir ki, bu, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncamda qeyd edilib ki, Naxçıvanın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri bu istiqamətdə işləri həyata keçirəcək.

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi