Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır"

    Kartof, taxıl və şəkər çuğundurunun əkini genişləndirilməlidir

    Bakı. 19 oktyabr. REPORT.AZ/ "Münbit torpaqlardan səmərəli istifadə olunmalıdır". 

    "Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. 

    Dövlət başçısı bu cür müəssisələrin ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını bildirib. 

    Burada yetişdiriləcək məhsulların ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini deyən Prezident İlham Əliyev kartof, taxıl və şəkər çuğundurunun əkininin genişləndirilməsinin əhəmiyyətindən danışıb, münbit torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. 

    Dövlət başçısı bundan sonra da sahibkarlara dövlət dəstəyinin davam etdiriləcəyini deyərək bildirib ki, kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir, bu sırada elektrik enerjisi ilə təminat diqqət mərkəzində saxlanılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi