Millət vəkili: "Sığorta bazarında sağlam rəqabət olmalıdır"

Millət vəkili: "Sığorta bazarında sağlam rəqabət olmalıdır" Sığorta bazarında sağlam rəqabət olmalıdır.
ASK
3 May , 2019 14:04
Millət vəkili: Sığorta bazarında sağlam rəqabət olmalıdır
Vahid Əhmədov

"Sığorta bazarında sağlam rəqabət olmalıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

“Bəzi sığorta şirkətlərinin inhisarçılığı vəziyyətin bu yerə gəlməsinə səbəb olub. İnsanlar arasında sığortaya etibar və inam yoxdur”, - V.Əhmədov əlavə edib.

Qeyd edək ki, yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər,

2. Yanğın,

3. Qəzalar,

4. Yoluxucu xəstəliklər və zəhərlənmələr,

5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu,

6. Üçüncü şəxslərin hərəkətləri.

Son xəbərlər

Orphus sistemi