Azərbaycan meyvə-tərəvəz ixracını 16% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 16% artırıb Azərbaycandan ötən il ərzində meyvə-tərəvəz ixracı idxalı 12 dəfə üstələyib
ASK
21 Yanvar , 2015 11:15
Azərbaycan meyvə-tərəvəz ixracını 16% artırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycandan 291,1 mln. dollar həcmində meyvə-tərəvəz ixrac olunub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da öz növbəsində meyvə-tərəvəz ixracının illik 16,08% artması deməkdir. Məlumata əsasən, ötən il meyvə-tərəvəz ixracı məcmu ixracın 1,33%-ni təşkil edib.

Hesabat ilində ölkəyə meyvə-tərəvəz idxalı isə əksinə, 13,36% azalaraq 25,2 mln. manat olub. Beləliklə də meyvə-tərəvəz idxalı ölkə üzrə cəmi idxalın 0,27%-ni əhatə edib.

Dövlət Gömrük Komitəsinin açıqladığı 2014-cü ilin hesabatına əsasən, Azərbaycandan meyvə-tərəvəz ixracı həmin məhsulun ölkəyə idxalını 12 dəfəyədək üstələyib.

Qeyd edək ki, Azərbaycan 2014-cü ildə 150 ölkə ilə 31,016 mlrd. dollar həcmində ticarət əməliyyatları həyata keçirib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Bildirək ki, ötən il Azərbaycana 6 146 çeşiddə mal idxal olunub və 2 151 çeşiddə mal ixrac edilib.

Son xəbərlər

Orphus sistemi