Media nümayəndələri Qax və Şəkidə baramaçılıqla tanış olublar - FOTO

Media nümayəndələri Qax və Şəkidə baramaçılıqla tanış olublar - FOTO Şimal-qərb bölgəsinə media-tur təşkil edilib
ASK
7 İyun , 2017 06:59
Media nümayəndələri Qax və Şəkidə baramaçılıqla tanış olublar - FOTO
Report.az

Qax. 7 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi KİV nümayəndələrini baramaçılıq sahəsində görülən işlərlə yaxından tanış etmək məqsədi ilə respublikanın şimal-qərb bölgəsinə media-tur təşkil edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, media nümayəndələri ilk öncə Qax Damazlıq İpəkçilik Stansiyasında (QDİS) olublar.

Qeyd edilib ki, bu il Çindən ölkəyə 6 min qutu yüksək keyfiyyətli ipəkqurdu toxumu gətirilib. Toxumlar QDİS-də inkubasiyaya qoyulub, ölkənin aran və dağlıq rayonlarında kümçülərə (baramaçılar – red.) paylanılıb.

Jurnalistlər daha sonra yeni salınmış tut bağlarına baxış keçiriblər. Onlara baramaçılığın inkişafı üçün yem bazası mövcudluğunun vacib olduğu bildirilib. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il Çindən 1,5 milyon ədəd calaq olunmuş tut tingi alınıb və bölgü əsasında 37 baramaçılıq rayonuna paylanılıb. Stansiyada jurnalistlərə ipəkqurdlarının yemlənməsi və istehsalçılardan yaş barama məhsulunun qəbul edilməsi prosesləri nümayiş etdirilib. Media nümayəndələri Qax rayonunun Alatəmir kəndində kümçü ailəsində də olublar. Onlar burada ipəkqurdlarının yemlənməsini və son prosesləri izləyiblər. O da diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, QDİS-in bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Daha sonra jurnalistlər Şəki rayonunda "Şəki İpək" ASC ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi