Yuxarı

Cari ilin mayında Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”ndə 323 müraciət qeydə alınıb

Ən çox əkin və bağ sahələrinin suvarılmasına köməklik göstərilməsi barədə müraciət olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”ndə 2015-ci ilin may ayı ərzində 323 müraciət qeydə alınıb. Bu barədə “Report”a nazirlikdən bildirilib. 

Məlumatda qeyd olunub ki, müraciətlərin 6-sı nazir Heydər Əsədovun vətəndaşların regionlarda keçirilən qəbulunda istirak etmək, 71-i yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər üzrə elektron qeydiyyat, texnikalarda yaranan nasazlıqlar, təmir üçün ehtiyat hissələrinin tapılması məsələləri, 34-ü arpa və yonca əkinləri üçün subsidiya sənədlərinin qəbul edilməsi, bələdiyyə mülkiyyətindən icarəyə götürülən sahələrdə əkilən arpa və yonca sahələri üçün subsidiya sənədləşməsi, 17-si gübrələrin güzəştli satış qiymətləri, eyni zamanda rayon aqroservis filiallarında gübrələrin satılması barədə olub.

Bununla yanaşı, 38 müraciət əkin və bağ sahələrinin suvarılmasına köməklik göstərilməsi, 12-si ictimai örüş yerlərindən istifadə, torpaq icarəsi müqaviləsi, 18-i şəhər bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətləri və Bakı şəhərinin müxtəlif yerlərində yarmarkaların yenidən açılması ilə bağlı təkliflər, 13-ü iribuynuzlu mal-qara, həmçinin davarlar arasındakı xəstəliklər, xüsusən də quduzluq və dabağa qarşı vaksinləmə aparılması, 5-i iribuynuzlu mal qaranın cins tərkibinin yaxşılaşdırılması və sünü mayalanma tədbirlərinin aparılması, 7-si toxum satışı, 6-sı kənd təsərrüfatı təyinatlı kreditlərdən istifadə, 3-ü fitosanitar sertifikatın verilməsi, 3-ü kənd təsərrüfatı məhsullarının emalında vergilərin tətbiqi, 6-sı dövlət qulluğuna qəbul və işlə təmin olunma, 2-si lisenziya verilməsi, 3-ü sahibsiz itlərə sığınacaq verilməsi, 3-ü istixana təsərrüfatının yaradılması barədə olub.

Məlumatda vurğulanıb ki, hər bir müraciətə nazirliyin müvafiq strukturları tərəfindən baxılıb, qaldırılan məsələlər öz müsbət həllini tapıb və məzmununa uyğun olaraq informasiya-məsləhət xidməti göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi