Masallı. 8 fevral. REPORT.AZ/ Masallı rayonundakı taxıl sahələrində siçanabənzər gəmiricilərin artması əkin sahələrinə ciddi ziyan vurub.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, zərərvericilər əsasən taxılın gövdəsini yeyir, kökünü zədələyir.
Taxıl sahələrinə dəyən ziyanın qarşısını almaq üçün
Qeyd edək ki, həyata keçirilən kimyəvi mübarizə tədbirləri ilə əlaqədar fermerlər və digər fiziki şəxslər təlimatlandırılır, onlara təhlükəsizliklə əlaqədar xüsusi bukletlər paylanılır, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməsi diqqət mərkəzində saxlanılır.
Hazırda taxıl əkinlərində monitorinq qrupu müşahidələri davam etdirir. Qar yağmazsa, bu monitorinqlər martın 15-nə kimi davam etdrililəcək.
Qeyd edək ki, bu il Masallıda 12 400 hektar ərazidə taxıl əkilib.