Mahmud Abbas Türkiyəyə gəlir

Mahmud Abbas Türkiyəyə gəlir İki günlük səfər prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək
ASK
11 Yanvar , 2015 19:03
Mahmud Abbas Türkiyəyə gəlir

Bakı. 11 yanvar. REPORT.AZ/ Fələstin Dövlət Başçısı Mahmud Abbas yanvarın 12-si prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

"Report" TRT telekanalına istinadla xəbər verir ki, M.Abbasın səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində Şərqi Qüdsdə yaşanan gərginlik, Qəzzadakı son vəziyyət, Türkiyənin Fələstinə etdiyi yardımlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa 2014-ci ildә İsrail hücumları nəticəsində iki min insanın öldüyü Qəzza bölgəsində infrastrukturun bərpası üçün Türkiyənin dəstəyi məsələsi müzakirə olunacaq. Qeyd edək ki, Türkiyə bu istiqamətə artıq 200 milyon dollarlıq büdcə ayırıb.

Son xəbərlər

Orphus sistemi