Bakı. 25 fevral. REPORT.AZ/ Londonda bir qadını girov götürən silahlı şəxs polis tərəfindən saxlanılıb.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi məlumata görə, insident paytaxtın mərkəzindəki İrvinq Strit küçəsində yerləşən “Bella Italia” restoranında baş verib.
Hadisə zamanı heç kim zərər çəkməyib. Araşdırma aparılır.