Lomakina: “Fitosanitar tədbirlər Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək”

Lomakina: “Fitosanitar tədbirlər Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək” “Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək”.
ASK
9 Fevral , 2023 12:31
Lomakina: “Fitosanitar tədbirlər Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək”

“Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək”.

"Report" xəbər verir ki, bunu Latviyanın Dövlət Bitki Mühafizə Xidmətinin direktoru Kristine Lomakina Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən tvininq layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

O, kənd təsərrüfatının Azərbaycan üçün əsas sahələrdən olduğunu vurğulayıb.

"Bu layihə Azərbaycan standartlarının Aİ standartlarına yaxınlaşdırılması baxımından çox əhəmiyyətli oldu. Bu, Aİ ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələri yaxşılaşdıracaq", - K.Lomakina bildirib.

Onun sözlərinə görə, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” ilə bağlı keçirilən tvininq layihəsi çərçivəsində təlimlər keçirilib, layihə iştirakçıları bu sahədə yeniliklər və İT texnologiyaları ilə bölüşüblər.

Son xəbərlər

Orphus sistemi