Lənkəranda taxılçılığın inkişafı ilə bağlı elmi-praktik seminar keçirilib

Lənkəranda taxılçılığın inkişafı ilə bağlı elmi-praktik seminar keçirilib Yeni innovasiyalar mövcud potensialdan maksimum istifadə etməyə şərait yaradır.
ASK
3 Fevral , 2021 22:42
Lənkəranda taxılçılığın inkişafı ilə bağlı elmi-praktik seminar keçirilib

Yeni innovasiyalar mövcud potensialdan maksimum istifadə etməyə şərait yaradır.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə Lənkəranda taxılçılığın inkişafına dair elmi-praktik seminar keçirilib.

Lənkəran Regional Aqrar Elm Mərkəzi və İnnovasiyalar Mərkəzinin əkin ərazisində təşkil olunan seminar müşavirədə kənd təsərrüfatı sahəsində çalışan bir qrup sahibkar və fermerlər iştirak edib. Qeyd edilib ki, taxılçılıq bölgəmiz üçün qeyri-ənənəvi və nisbətən az məhsuldar əkin növlərindəndir. Lakin düzgün aqrotexniki qulluq sayəsində məhsuldarlığı artırmaq mümkündür. Təlimin əsas məqsədi də budur.

Mərkəzin direktoru Teyyub Rzayev bildirib ki, dövlətin göstərdiyi diqqət və qayğı aqrar sektorda uğurlu nəticələr əldə olunmasına təkan verib. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Respublikamizda digər kənd təsərrüfatı sahələri kimi taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır, taxıl sahələrində yüksək məhsuldarlığın əldə edilməsi üçün zəruri işlər görülür.

Seminarın gedişində fermerlərə payızlıq taxıl əkinlərinə əlavə yemlənmə gübrələrin verilməsi, gübrə normaları, alaqlara qarşı herbisitin verilmə norması təhlükəsizlik qaydaları, ziyanverici xəstəliklərə qarşı mübarizə tədbirləri və taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi ilə bağlı tövsiyələr çatdırılıb. Taxıl əkinlərində aqrotexniki qulluq işləri, taxıl sahəsində gübrələrin roluna dair fikirlər bölüşülüb. Qeyd edilib ki, qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda da istehsalın genişlənməsinə müsbət təsirini göstərəcək.

Son xəbərlər

Orphus sistemi