KTN: “İşğaldan azad olunmuş ərazilərə subsidiya verilməsi simvolikdir”

KTN: “İşğaldan azad olunmuş ərazilərə subsidiya verilməsi simvolikdir” “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köklü qayıdış planının hazırlanması gözlənilir”.
ASK
7 Sentyabr , 2021 11:36
KTN: “İşğaldan azad olunmuş ərazilərə subsidiya verilməsi simvolikdir”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köklü qayıdış planının hazırlanması gözlənilir”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə əkin sahələrinə subsidiyaların verilməsi əsasən simvolik xarakter daşıyır: “Əsas məqsəd həmin ərazilərimizə qayıdışı stimullaşdırmaqdır. Bu il pilot layihə olaraq arıçılıq və qoyunçuluq təsərrüfatları Kəlbəcər yaylaqlarına köçürüldü. Hazırda azad edilmiş ərazilərdə mina təmizləmə işləri həyata keçirilir”.

O əlavə edib ki, dövlət orada torpaq strategiyası formalaşdırır: “Biz həmin ərazilərdə fəaliyyət üçün maddi texniki baza formalaşdırırıq”.

Xatırladaq ki, bu gün elan olunmuş subsidiya qaydalarına görə, işğaldan azad edilmiş şəhər və rayonlarda subsidiya ödəniləcək ərazilərə aid edilib.

Son xəbərlər

Orphus sistemi