KTN: “Bəzi fermerlər subsidiyanı təqaüd kartları ilə almaq istəyirlər”

KTN: “Bəzi fermerlər subsidiyanı təqaüd kartları ilə almaq istəyirlər” “Azərbaycanda bəzi fermerlər aylarla təqaüd kartlarına subsidiya yüklənməsini gözləyirlər”.
ASK
7 Sentyabr , 2021 12:48
KTN: “Bəzi fermerlər subsidiyanı təqaüd kartları ilə almaq istəyirlər”

“Azərbaycanda bəzi fermerlər aylarla təqaüd kartlarına subsidiya yüklənməsini gözləyirlər”.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqindən sonra bəzi fermerlər subsidiya almaqla bağlı çətinliklərlə üzləşir:

“Məsələn, bir fermer may ayından etibarən subsidiya ala bilməməsi ilə bağlı müraciət edib. Subsidiyalar konkret qrafik əsasında verilir. Vətəndaşa izah edilir ki, sizin subsidiyanız iyunda veriləcək, vətəndaş iyulda zəng edir ki, mən subsidiyamı almamışam. Sistemə baxırıq ki, vətəndaş subsidiyanı alıb. Yəni, kartına vəsait köçüb. Nazirliklə vətəndaş arasındakı bu proses 4 ay davam edir. Sonra aydın olur ki, vətəndaşın fermer kartı ilə bağlı təsəvvürü yoxdur, subsidiyanı təqaüd kartı ilə almaq istəyir. Bu, yüzlərlə belə insandan biridir".

Son xəbərlər

Orphus sistemi