Yuxarı
    Bağlamaq

    ​Kommersiya naziri Qao Xuçen: "Çin Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödəməyə hazırdır"

    Çinin Şandonq əyaləti böyük həcmdə meyvə və tərəvəzi Rusiya bazarına çıxarmaq niyyətindədir

    Bakı. 24 sentyabr.REPORT.AZ/ Çin Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödəməyə hazır olduğunu bildirib. "Report"un verdiyi məlumata görə, bunu Çinin kommersiya naziri Qao Xuçen açıqlamasında bildirib.

    "Çinin Şandonq əyaləti kök, zəncəfil, sarımsaq, bibər, noxud, balqabaq, pomidor, xiyar və s. kimi tərəvəzlərlə yanaşı şaftalı, armud, qreyfrut və qarpız kimi meyvə və giləmeyvələri Rusiya bazarına çıxarmağa hazırdır", - deyə nazir vurğulayıb.

    Qeyd edək ki, hazırda Şandonq əyalətinin rəsmi nümayəndə heyəti Çin mallarının kefyyətini təsdiq etmək məqsədi ilə Rusiyada kənd təsərrüfatı sənaye dərnəklərinin nümayəndələri ilə görüşlər keçirir.

    Məlumat üçün bildirək ki, hazırda əyalətdə illik olaraq 141 mlrd. ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları istehsal olunur. Kənd təsərrüfatı sahəsində Rusiya ilə Çin arasında ticarət dövriyyəsi isə 20 mlrd. dollar səviyyəsindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi